- Offside
- 17:18 23.11.2024
“Mercedes”in pilotu Lüis Hemilton “Formula 1” üzrə Rusiya Qran-prisinin qalibi olub.
Bu barədə "Corner.az "Qazeta.ru"ya istinadən xəbər verir.
Bildirilir ki, yarışda ikinci yerə onun komanda yoldaşı Valteri Bottas, üçüncü yeri isə "Ferrari"nin pilotu Şarl Lekler tutub.
Hemilton bununla 4-cü dəfə Rusiya Qran-prisinin qalibi olub. O, bundan əvvəl 2014, 2015 və 2018-ci illərdə Soçi yarışmasının birincisi olub.
Xatırladaq ki, 2019-cu il mövsümündə Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçirilib və Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas birinci yeri tutub. 2020-ci ildə Bakıdakı yarış 5 – 7 iyunda olacaq.