4 aprel 2026. Şənbə

“AGF Trophy”də ilk mükafatçılar müəyyənləşdi


  • Offside
  • 14:23 04.04.2026
  • Oxunma sayı: 23
“AGF Trophy”də ilk mükafatçılar müəyyənləşdi

Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri davam edir.

90deqiqe.Az-ın məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunan yarışın ikinci günündə ilk mükafatçılar müəyyənləşib.

Gənclər kateqoriyasında komanda hesabında Qazaxıstan yığması birinci yeri tutub. AİN-2 (Neytral Statuslu İdmançılar) ikinci, AİN-1 isə üçüncü pillədə qərarlaşıb.

Azərbaycan turnirdə Azadə Atakişiyeva, Fidan Qurbanlı, Gövhər İbrahimova, Kamilla Seyidzadə, Ayla İsgəndərli, Nuray Muradlı və Gülnur Məmmədli ilə təmsil olunur.

İlk günün təsnifat mərhələsinin nəticələrinə əsasən, halqa ilə proqramda Gövhər İbrahimova və Kamilla Seyidzadə, top ilə proqramda isə Kamilla Seyidzadə, Fidan Qurbanlı və Azadə Atakişiyeva final mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, 15 ölkədən gimnastların iştirak etdiyi turnirə aprelin 5-də yekun vurulacaq.







Offside