- Offside
- 23:59 04.04.2026
Sloveniyanın Portoroj şəhərində keçirilən “Sailing Point Easter Regatta - 2026” beynəlxalq yelkən yarışları davam edir.
90deqiqe.Az-ın məlumatına görə, turnirin üçüncü gününə start verilib. Bu gün yarış çərçivəsində üç yürüşün keçirilməsi planlaşdırılır.
Azərbaycan komandasının üzvləri müxtəlif qruplarda mübarizə aparırlar. Kamal Bəşirli “Qızıl” qrupda çıxış edir. Emel Məmmədli, Furkan Mustafayev və Səma Mansurzadə “Gümüş”, Amira Bayramova “Bürünc”, Amin Cəlilzadə isə “Zümrüd” qrupda yarışır.
Qeyd edək ki, beynəlxalq reqata aprelin 6-da başa çatacaq.