5 aprel 2026. Bazar günü

Gəncədə Avropa Kubokunun açılış mərasimi keçirilib


  • Offside
  • 17:24 04.04.2026
  • Oxunma sayı: 39
Gəncədə Avropa Kubokunun açılış mərasimi keçirilib

Gəncədə cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokunun açılış mərasimi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Avropa Cüdo Birliyinin idman komissarı Patrik Roqnon yarışın əhəmiyyətindən danışaraq iştirakçılara uğurlar arzulayıb və belə turnirlərin gənclərin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov isə çıxışında ölkəmizdə idmanın inkişafına göstərilən dövlət dəstəyindən danışıb. O bildirib ki, Azərbaycanda idman sahəsində yaradılan şərait və gənclərə göstərilən diqqət beynəlxalq arenada uğurlu nəticələrə səbəb olur. Qeyd olunub ki, Azərbaycan artıq nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edən etibarlı idman ölkəsi kimi tanınır.

Rəsmi çıxışlardan sonra bədii hissə baş tutub. Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” ritm və rəqs ansamblı maraqlı çıxışlarla tədbirə rəng qatıb.

Qeyd edək ki, Gəncə İdman Sarayında təşkil olunan yarışda 10 ölkədən 269 cüdoçu iştirak edir. Turnirin ilk günündə oğlanlar 50, 55, 60, 66 kiloqram, qızlar isə 40, 44, 48 və 52 kiloqram çəki dərəcələrində mübarizə aparırlar.

Avropa Kubokunda Azərbaycanla yanaşı Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ idmançıları iştirak edirlər. Azərbaycan yarışda 127 cüdoçu ilə təmsil olunur.

Turnirə aprelin 5-də yekun vurulacaq.







Offside