5 aprel 2026. Bazar günü

Fərid Qayıbov Antalyada gənc futbolçularla görüşüb


  • Offside
  • 18:18 04.04.2026
  • Oxunma sayı: 48
Fərid Qayıbov Antalyada gənc futbolçularla görüşüb

Antalyada keçirilən 8-ci Etnoidman Forumunda iştirak məqsədilə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Türkiyəyə səfər edib.

90deqiqe.Az xəbər verir ki, səfər çərçivəsində nazir Fərid Qayıbov və Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Antalya Friendship Cup 2026” futbol turnirində çıxış edən “Qarabağ” klubunun U-12 komandasının üzvləri ilə görüşüblər.

Görüş zamanı gənc futbolçularla söhbət aparılıb, onlara qarşıdakı oyunlarda uğurlar arzulanıb və beynəlxalq turnirlərdə iştirakın onların inkişafı baxımından əhəmiyyəti vurğulanıb.

 







Offside