- Offside
- 23:59 04.04.2026
Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri davam edir.
90deqiqe.Az-ın məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunan yarışın ikinci günündə böyüklər kateqoriyasında komanda hesabında qaliblər müəyyənləşib.
AİN komandası qızıl medala yiyələnib, Azərbaycan komandası gümüş medalla kifayətlənib. Üçüncü pillədə Qırğızıstan komandası qərarlaşıb.
Qeyd edək ki, turnirdə 15 ölkədən gimnastlar mübarizə aparır. Yarışa aprelin 5-də yekun vurulacaq.