5 aprel 2026. Bazar günü

Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib


  • Offside
  • 19:51 04.04.2026
  • Oxunma sayı: 30
Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib

 Kamandan oxatma üzrə Bakı şəhər kubokunun I mərhələsi çərçivəsində böyüklər və U15 kateqoriyaları üzrə növbəti yarış günü gərgin idman mübarizəsi ilə başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, böyüklər arasında yarımfinal mərhələlərinin nəticələrinə əsasən qadınlar kateqoriyasında Yaylagül Ramazanova və Lalə İsmayılova qızıl medal uğrunda, Aliyə Əliyeva və Lalə Əbdürəhmanova isə bürünc medal uğrunda qarşılaşacaqlar. Kişilər arasında final görüşündə Məhəmmədəli Əliyev və Sərdar Vəliyev qızıl, Hüseyn Məhərrəmov və Zahid Kazımzadə isə bürünc medal uğrunda mübarizə aparacaqlar. Qızıl medal uğrunda mübarizədə ikinci pilləni tutan idmançılar gümüş medalla təltif olunacaqlar.

Eyni zamanda, U15 kateqoriyası üzrə təsnifat mərhələsi yekunlaşıb. Yeniyetmə idmançılar yüksək əzmkarlıq nümayiş etdiriblər. Həlledici yarımfinal və final görüşləri sabah keçiriləcək, qaliblər müvafiq medal və diplomlarla təltif olunacaqlar.







Offside