5 aprel 2026. Bazar günü

"Çelsi"nin sabiq futbolçusu karyerasını başa vurdu


  • Offside
  • 22:41 04.04.2026
  • Oxunma sayı: 58
"Çelsi"nin sabiq futbolçusu karyerasını başa vurdu

Braziliyalı yarımmüdafiəçi Oskar futbolçu karyerasını başa vurduğunu rəsmən açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, 34 yaşlı oyunçunun bu qərarı verməsinə səbəb səhhətində yaranan ciddi problemlər olub. Ötən ilin noyabr ayında onun mövsümöncəsi tibbi yoxlama zamanı huşunu itirdiyi bildirilmişdi. Bundan bir ay sonra isə futbolçunun "San-Paulu" klubu ilə müqaviləyə xitam verilməsi məsələsini müzakirə edəcəyi açıqlanmışdı. Hazırda bu prosesin başa çatdığı rəsmiləşdirilib.

Futbolçunun yaydığı açıqlamada deyilir:
“Klub üçün daha çox faydalı olmaq və daha çox oynamaq istəyirdim. Bunun üçün həm futbol bacarığım, həm də yaşım imkan verirdi. Lakin təəssüf ki, gözlənilməz hadisələr baş verdi”.

Qeyd edək ki, Oskar dos Santos Emboaba Junior karyerası ərzində "Çelsi", "İnternasional" və "Şanxay Port" klublarının formasını geyinib. O, "Çelsi" ilə İngiltərə çempionu olub və Avropa Liqasının qalibi adını qazanıb.

Bundan əlavə, futbolçu Braziliya millisi ilə Konfederasiyalar Kubokunu qazanıb.







Offside