- Offside
- 19:07 05.04.2026
Rumıniyalı mütəxəssis Mirça Luçeskunun vəziyyəti ağır olaraq qalır.
90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, 80 yaşlı çalışdırıcı reanimasiya şöbəsinə yerləşdirilib. Bir neçə gün əvvəl rumıniyalı məşqçi ürək tutması keçirərək Buxarest xəstəxanalarından birinə aparılıb.
Həkimlər bildiriblər ki, çərşənbə axşamı ürəyindən əməliyyat olunan pasiyentdə şənbə günü yenidən ciddi ürək ritm pozuntuları yaranıb. Gecə saatlarında vəziyyəti daha da ağırlaşdığı üçün o, reanimasiya şöbəsinə köçürülüb.
Luçesku Rumıniya milli komandasının məşqi zamanı huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilmişdi. Onun rəhbərliyi altında milli komanda 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off mərhələsində Türkiyəyə 0:1 hesabı ilə məğlub olaraq mundiala vəsiqə qazana bilməyib.