- Offside
- 19:07 05.04.2026
Gəncədə keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Gəncə İdman Sarayında təşkil olunan beynəlxalq turnirin son günündə daha 8 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib. Azərbaycan cüdoçuları ikinci günü 2 qızıl, 1 gümüş və 8 bürünc olmaqla ümumilikdə 11 medalla başa vurublar.
Yusif Nəzər (-73 kq) və Yaqub Məmmədov (-81 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Sadiq Məmmədov (-73 kq) gümüş medalla kifayətlənib. Bürünc medallara isə Akif Məmmədli (-73 kq), Polad Həsənli, Amin Mehdiyev (hər ikisi -81 kq), Ömər Axundov, Nurəddin Əliyev (hər ikisi -90 kq), Hüseyn Hüseynov, Tamerlan Əliyev (hər ikisi +90 kq) və Məsumə Məmmədli (-70 kq) sahib çıxıblar.
Xatırladaq ki, turnirin ilk günündə Rza Xəlilli (-55 kq) qızıl medal əldə edib. Fatimə Fərmanzadə (-48 kq), Fərid Rzazadə (-50 kq), İbrahim Talıbov (-55 kq), İlkin Qarayev (-66 kq) gümüş, Sunay Salamova (-40 kq), Fatimə Abdullayeva (-44 kq), Könül Eyvazlı (-52 kq), Zəhra Mövləmverdiyeva, Nərmin Ağamirzəzadə (hər ikisi -52 kq), Fərid Xudiyev (-55 kq), Mehman Əsgərov (-60 kq) və Sənan Piriyev (-66 kq) bürünc medala yiyələniblər.
Beləliklə, Azərbaycan millisi Gəncə Avropa Kubokunu ümumilikdə 3 qızıl, 5 gümüş və 16 bürünc olmaqla 24 medalla komanda hesabında 2-ci pillədə tamamlayıb.