5 aprel 2026. Bazar günü

Azərbaycan gimnastları “AGF Trophy” beynəlxalq turnirini 6 medalla başa vurdu


  • Offside
  • 19:00 05.04.2026
  • Oxunma sayı: 33
Azərbaycan gimnastları “AGF Trophy” beynəlxalq turnirini 6 medalla başa vurdu

Azərbaycan təmsilçiləri Bakıda keçirilmiş bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirini altı medalla başa vurublar.

90deqiqe.Az-ın məlumatına görə, mükafatlar arasında 1 qızıl, 3 gümüş və 2 bürünc medal var. Gövhər İbrahimova lentlə hərəkətlərdə bürünc medala sahib çıxıb və halqa ilə hərəkətlərdə üçüncü yeri tutub. Fidan Qurbanlı topla hərəkətlərin icrasında gümüş medal qazanıb.

Azadə Atakişiyeva lentlə hərəkətlərdə qızıl medala yiyələnib, həmçinin topla hərəkətlərdə ikinci olub. Qeyd edək ki, Azərbaycan gimnastları komanda hesabında da gümüş medala layiq görülüblər.







Offside