5 aprel 2026. Bazar günü

“Şüa İdman Kompleksi”ndə stolüstü tennis üzrə yarışın açılışı olub


  • Offside
  • 19:07 05.04.2026
  • Oxunma sayı: 56
“Şüa İdman Kompleksi”ndə stolüstü tennis üzrə yarışın açılışı olub

"Şüa İdman Kompleksi"ndə keçirilən stolüstü tennis üzrə yarışın açılış mərasimi olub.

90deqiqe.Az-ın məlumatına görə, Dövlət Himni səsləndirildikdən sonra Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçıları salamlayan Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam, İdman səfiri Vəfa Musayeva, ASTF-nin Veteranlar Şurasının sədri Firudin Hüseynov yarışın əhəmiyyətini yüksək qiymətləndirərək idmançılara uğurlar arzulayıb.

Qeyd edək ki, Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il "Dünya İdman Paytaxtı" seçilməsinə həsr olunan yarışda əsasən həvəskar və veteran stolüstü tennisçilər bacarıqlarını göstərirlər.

Peşəkar idmançılar yalnız qoşa yarışlarda (bir peşəkar və bir həvəskar olmaqla) mübarizə aparacaqlar. Yarışın mükafat fondu 3000 manatdır.







Offside