- Offside
- 23:49 06.04.2026
Dünya reytinqində 40-cı sırada qərarlaşan tennisçi Joao Fonseka Monte-Karloda keçirilən “Masters” seriyasının torpaq üzərindəki turnirinin ikinci mərhələsinə rahat çıxıb.
90deqiqe.Az xəbər verir ki, birinci turda braziliyalı tennisçi Kanada təmsilçisi, dünya reytinqində 36-cı olan Qabriel Diallo ilə görüşüb və 6:2, 6:3 hesabı ilə qalib gəlib.
Matç 1 saat 27 dəqiqə davam edib.
Monte-Karloda növbəti turda 19 yaşlı tennisçi dünya reytinqində 27-ci sırada olan fransız tennisçi Artur Rinderkneş ilə qarşılaşacaq.