7 aprel 2026. Çərşənbə axşamı

Mirça Luçesku süni komadadır - EKMO sistemi tətbiq oluna bilər


  • Offside
  • 23:31 06.04.2026
  • Oxunma sayı: 58
Mirça Luçesku süni komadadır   - EKMO sistemi tətbiq oluna bilər

Rumıniyalı mütəxəssis Mirça Luçesku qan dövranının mexaniki dəstəyi sistemini ala bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə təcrübəli baş məşqçisinin səhhəti ilə bağlı Buxarest Universitet Xəstəxanas məlumat yayıb.

 “Bu gün Mirça Luçesku ilə məşğul olan tibbi heyət (kardiologiya, reanimasiya, kardio-cərrahiyyə, qhematologiya) ailənin xahişi ilə Fransada fəaliyyət göstərən rumın kardioloqu ilə birgə iclas keçirib. İclasda həmçinin xəstənin ailəsi iştirak edib.

Hazırda başlanmış müalicənin davam etdirilməsi və onun effektivliyinin qiymətləndirilməsi qərara alınıb. Sabah xəstənin vəziyyətinin yenidən qiymətləndirilməsi və invaziv müdaxilə – qan dövranının mexaniki dəstəyi sisteminin (EKMO) quraşdırılması imkanları müzakirə olunacaq”, – məlumatda bildirilib.

Xatırladaq ki, mütəxəssis Rumıniya yığmasının məşqi zamanı vəziyyətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Həkimlər Luçeskuda kəskin miyokard infarktı diaqnozu qoyublar və aprelin 5-də vəziyyəti daha da ağırlaşdığı üçün süni koma vəziyyətinə salınıb.

Qeyd edək ki, EKMO – bu, ağır kəskin tənəffüs çatışmazlığı zamanı qanı oksigenlə zənginləşdirmək üçün invaziv ekstrakorporial üsuldur. Bu metod kardiologiyada kəskin ürək çatışmazlığında və açıq ürək əməliyyatları zamanı həyat fəaliyyətini dəstəkləmək üçün istifadə olunur.







Offside