7 aprel 2026. Çərşənbə axşamı

“Xəyallar həqiqətən gerçəkləşir”


  • Offside
  • 23:49 06.04.2026
  • Oxunma sayı: 65
“Xəyallar həqiqətən gerçəkləşir”

“İnter Mayami”nin həmtəsisçisi Devid Bekhem komandası aprelin 4-də “Nu” stadionunda ilk oyununu keçirdikdən sonra xəyallarının reallaşdığını açıqlayıb.  

90deqiqe.Az xəbər verir ki, "ESPN" funksionerin dediklərini belə çatdırıb.

“Amerikaya və MLS-ə 20 il əvvəl gəldiyim zaman arzum çempionluq qazanmaq, sevdiyim futbolu inkişaf etdirmək və öz komandamı yaratmaq idi. 13 il əvvəl elan etdim ki, mənim seçimim Mayamidir. O zaman komandamızın adı yox idi. Tərəfdarımız yox idi. Stadionumuz yox idi. Bu gün isə mən yeni evimizdəyəm. Biz MLS çempionuyuq. Komandamızda tariximizin ən yaxşı futbolçusu oynayır. Xəyallar həqiqətən də gerçəkləşə bilər”.

Qeyd edək ki, komandanın “Austin”lə qarşılaşması 2:2 hesabı ilə başa çatıb.

Əlavə edək ki, əvvəlki dövrdə “İnter Mayami” ev oyunlarını Fort-Loderdeyl şəhərində, Mayamidən təxminən 40 km şimalda keçirirdi. Yeni arena 26 700 tamaşaçı tutumuna malikdir və tikintisinə 2023-cü ilin avqust ayında başlanıb.







Offside