7 aprel 2026. Çərşənbə axşamı

Daşkəsəndə yeni cüdo zalı istifadəyə verildi


  • Offside
  • 15:08 07.04.2026
  • Oxunma sayı: 41
Daşkəsəndə yeni cüdo zalı istifadəyə verildi

Daşkəsən rayonunda yeni cüdo zalı fəaliyyətə başlayıb.

 90deqiqe.Az xəbər verir ki, zal Azərbaycan Cüdo Federasiyası tərəfindən müasir standartlara uyğun şəkildə təchiz olunub.

Bildirilib ki, idman obyektində tatami örtükləri və məşq prosesi üçün zəruri olan digər avadanlıqlar quraşdırılıb. Burada 100-dən çox idmançının cüdo ilə məşğul olması üçün əlverişli şərait yaradılıb.

Qeyd edək ki, 2022–2026-cı illər ərzində federasiya tərəfindən ölkənin müxtəlif bölgələrində çoxsaylı cüdo zalları istifadəyə verilib. Eyni zamanda, Bakı və regionlardakı 198 idman zalına ümumilikdə 14180 tatami paylanılıb.

 







Offside