- Offside
- 18:40 07.04.2026
Naxçıvanda yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksinin maddi-texniki bazası gücləndirilir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, kompleksin trenajor sahəsi yeni avadanlıqlarla təchiz olunub.
Bildirilib ki, idman obyektində ümumilikdə 19 ədəd müxtəlif təyinatlı trenajor quraşdırılıb. Bu da idmançılar və sağlam həyat tərzini seçən vətəndaşlar üçün daha geniş məşq imkanları yaradır.
Qeyd edilib ki, yeni trenajorlar güc, dözümlülük və funksional məşqləri əhatə edərək bədənin müxtəlif əzələ qruplarının inkişafına xidmət edir.
Sakinlər yaradılan şəraitdən yararlanaraq müasir imkanlarla idmanla məşğul ola bilərlər.