- Offside
- 18:40 07.04.2026
Özbəkistanın paytaxtı Daşkənd şəhərində taekvondo üzrə gənclər arasında dünya çempionatı keçiriləcək.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan yığması yarışda 15 idmançı ilə təmsil olunacaq.
Bildirilib ki, oğlanlar arasında Rasim Xəlilov (45 kq), İlyas Hətəmli (48 kq), Novruz Əliyev (51 kq), Elmir Səlimov (55 kq), Məhəmməd Həsənov (59 kq), Çingiz Həsənov (63 kq), Həsən Əlizadə (68 kq), Adil Kazımlı (73 kq), İsrafil Nəcəfov (78 kq) və Allahverdi Məmmədov (+78 kq) çıxış edəcəklər.
Qızların yarışında isə Ləman Manafova (42 kq), Nilufər Borci (49 kq), Gülay Əliyeva (52 kq), Fatimə Həsənova (55 kq) və Türkan Yuniszadə (59 kq) mübarizə aparacaqlar.
Qeyd edək ki, dünya çempionatı aprelin 12-dən 17-dək keçiriləcək.