7 aprel 2026. Çərşənbə axşamı

Məşhur baş məşqçi Mirça Luçesku vəfat edib


  • Offside
  • 22:31 07.04.2026
  • Oxunma sayı: 56
Məşhur baş məşqçi Mirça Luçesku vəfat edib

Məşhur rumın məşqçi Mirça Luçesku 80 yaşında dünyasını dəyişib.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Emanuel Roşu məlumat verib.

“Tragik xəbərdir. Mirça Luçesku dünyasını dəyişdi. O, arxasında bütün bir kainat qoydu. Tanrı ruhunu rahat eləsin. İki həftə bundan əvvəl xəstəliyə baxmayaraq Rumıniya millisinin dünya çempionatı play-off oyununda Türkiyə ilə matçını idarə edirdi”, – jurnalist bildirib.

Luçesku Rumıniya millisi ilə məşq zamanı vəziyyəti pisləşdiyindən xəstəxanaya yerləşdirilib. Mütəxəssisə akut miyokard infarktı diaqnozu qoyulub, 5 aprel bazar günü vəziyyəti ağırlaşdığından Luçesku süni koma vəziyyətinə salınıb.

Məşqçi karyerası ərzində  "Dinamo Kiyev", "Şaxtyor", "Zenit" və Rumıniya millisində çalışıb. Rumıniya millisi onun son iş yeri olub.

Luçesku Çempionlar Liqası və millilər tarixində ən yaşlı məşqçi idi. O, komandaları ilə birlikdə 35 titul qazanıb. Yalnız Xosep Qvardiola (40) və Aleks Fergyuson (49) daha çox qələbə qazanıblar.







Offside