- Offside
- 23:30 07.04.2026
“Dinamo” (Moskva) klubunun və SSRİ millisinin keçmiş qapıçısı Lev Yaşin karyerasını yalnız bir komandada keçirən ən yaxşı futbolçuların siyahısına daxil edilib.
90deqiqe.Az xəbər verir ki, sözügedən siyahını Britaniya Yayım Korporasiyası tərtib edib.
Əfsanəvi sovet qapıçısı reytinqdə doqquzuncu pillədə qərarlaşıb. Siyahının ilk sırasında “Roma”nın əfsanəsi Françesko Totti yer alıb. İkinci pillədə “Milan”ın sabiq müdafiəçisi Paolo Maldini qərarlaşıb, ilk üçlüyü isə “Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Rayan Giqqz tamamlayıb.
Siyahıda həmçinin Toni Adams (“Arsenal”), Karles Puyol (“Barselona”), Ceymi Karrager (“Liverpul”), Mett Le Tissye (“Sauthempton”), Cüzeppe Berqomi (“İnter”) və İnyaki Uilyams (“Atletik” Bilbao) kimi futbolçuların da adları yer alıb.
Bundan əlavə, məqalədə Moskva ÇSKA-sının qapıçısı İqor Akinfeyev və Braziliyanın “San-Paulu” klubunda çıxış etmiş həmkarı Rocerio Seni də xüsusi qeyd olunub.