8 aprel 2026. Çərşənbə

Azərbaycan velosipedçisi Qazaxıstanda bürünc medal qazandı


  • Offside
  • 11:52 08.04.2026
  • Oxunma sayı: 40
Azərbaycan velosipedçisi Qazaxıstanda bürünc medal qazandı

Azərbaycan velosipedçisi Süleyman Ələkbərov Qazaxıstanda keçirilən beynəlxalq turnirdə uğurlu nəticə əldə edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyası məlumat yayıb.

Bildirilib ki, şose velosipedi üzrə U-23 yığmasının üzvü Almatı şəhərində təşkil olunan “Road Race 2026” yarışında qüvvəsini sınayıb. 130 idmançının iştirak etdiyi turnirdə Ələkbərov 25 km məsafəyə fərdi ötüşmə növündə çıxış edib.

Təmsilçimiz finiş xəttini üçüncü keçərək bürünc medala sahib çıxıb.







Offside