8 aprel 2026. Çərşənbə

Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün heyətində dəyişiklik olub


  • Offside
  • 18:44 08.04.2026
  • Oxunma sayı: 34
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün heyətində dəyişiklik olub

Cüdo üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün ilkin heyətində dəyişiklik baş verib.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 66 kq çəki dərəcəsində Ruslan Paşayevin zədə alması səbəbindən onun əvəzinə Turan Bayramov heyətə daxil edilib.

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı aprelin 16-dan 19-dək Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək.







Offside