8 aprel 2026. Çərşənbə

Yüksək Liqada yarımfinalın ilk oyunları keçirildi


  • Offside
  • 19:45 08.04.2026
  • Oxunma sayı: 14
Yüksək Liqada yarımfinalın ilk oyunları keçirildi

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib.

90deqiqe.Az xəbər verir ki, raundun hər iki qarşılaşması eyni gündə keçirilib. İlk oyunda "Gəncə" komandası "Turan"la üz-üzə gəlib. Görüş Tovuz təmsilçisinin 3:0 (25:22, 25:12, 25:13) hesablı qələbəsi ilə yekunlaşıb.

Digər matçda isə "Milli Aviasiya Akademiyası" "DH Volley" kollektivi ilə qarşılaşıb. Bu oyunda da üstün tərəf "DH Volley" olub – 3:0 (25:22, 25:19, 25:19).

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

Komandalar arasında ikinci qarşılaşmalar aprelin 11-i və 13-də keçiriləcək.

Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarətdir. Qələbə sayı bərabər olacağı təqdirdə, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılacaq.

Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə bir oyundan ibarət olacaq.







Offside