10 aprel 2026. Cümə

“Sabah” Almaniya təmsilçisini məğlub etdi


  • Offside
  • 21:43 08.04.2026
  • Oxunma sayı: 182
“Sabah” Almaniya təmsilçisini məğlub etdi

"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında ikinci oyununu keçirib.

90deqiqe.Az xəbər verir ki, Bakı təmsilçisi qrup matçında Almaniyanın Porşe BBA Lyudviqsburq komandası ilə üz-üzə gəlib və 72:61 hesabı ilə qələbə qazanıb. Görüş Bosniya və Herseqovinanın Laktaşi şəhərindəki SD Laktasi idman salonunda keçirilib.

Qeyd edək ki, "bayquşlar" ilk oyunda Bosniya və Herseqovina təmsilçisi İqokeaya 58:88 hesabı ilə uduzmuşdu.

Reqlamentə əsasən, qrup qalibləri yarımfinala vəsiqə qazanacaq, ikinci yeri tutanlar 5-8-ci, sonuncu yerin sahibləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.







Offside