9 aprel 2026. Cümə axşamı

Şəhid övladları üçün IV idman düşərgəsi keçirilib


  • Offside
  • 12:22 09.04.2026
  • Oxunma sayı: 19
Şəhid övladları üçün IV idman düşərgəsi keçirilib

“YAŞAT” Fondunun və Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə aprelin 9-dan 11–15 yaş arası şəhid övladları üçün IV idman düşərgəsi start götürüb.

90deqiqe.Az xəbər verir ki, layihə Mingəçevirdə, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində, “Giltex” MMC-nin dəstəyi ilə reallaşıb.

Düşərgənin məqsədi gənclərin fiziki sağlamlığının gücləndirilməsi, idmana maraqlarının artırılması, yeni bilik və bacarıqların əldə olunmasına dəstək olmaq və onların asudə vaxtını səmərəli təşkil etməkdir.

Açılış mərasimindən sonra iştirakçılar Kür çayı üzərində gəmi ekskursiyası, su təhlükəsizliyi və xilasedici təlimlərdə iştirak ediblər. Növbəti gün avarçəkmə klubu ilə tanışlıq, qayıqların saxlanması üzrə praktiki məşğələlər və tennis ustad dərsi keçirilib. Düşərgənin üçüncü günündə isə komanda yarışları təşkil olunub.

Dörd gün davam edən düşərgənin sonunda iştirakçılar üçün istirahət və əyləncə proqramı təşkil olunub.







Offside