10 aprel 2026. Cümə

Dövlət qurumlarının əməkdaşları arasında keçirilən şahmat yarışının qalibləri bilindi


  • Offside
  • 12:57 09.04.2026
  • Oxunma sayı: 13
Dövlət qurumlarının əməkdaşları arasında keçirilən şahmat yarışının qalibləri bilindi

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib.

Nazirlikdən 90deqiqe.Az-a bildirilib ki, Respublika Şahmat Mərkəzində təşkil olunan tədbirdə 19 dövlət qurumundan 49 əməkdaş iştirak edib.

Qadınların mübarizəsində Afaq Xudaverdiyeva (Mərkəzi Bank) birinci olub. Qəndab Əzizova (“Azərbaycan Dəmir Yolları” QSC) yarışı ikinci, Fizzə İsmayılova (Dövlət Gömrük Komitəsi) üçüncü pillədə başa vurublar.

Kişilər arasında Sənan Quliyev (“Azərbaycan Dəmir Yolları” QSC) birinci, Murad Quliyev (Mərkəzi Bank) ikinci, Ədalət Umudov (Fövqəladə Hallar Nazirliyi) isə üçüncü yeri tutublar.







Offside