10 aprel 2026. Cümə

MOK-da Azərbaycanlı Olimpiya medalçılarına yeni mükafatlar təqdim olundu


  • Offside
  • 13:00 09.04.2026
  • Oxunma sayı: 13
MOK-da Azərbaycanlı Olimpiya medalçılarına yeni mükafatlar təqdim olundu

Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan idmançıları — Qaşım Maqomedov və Həsrət Cəfərov üçün medal təqdimetmə mərasimi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, mərasimdə onların “Paris-2024” Yay Olimpiya Oyunlarında qazandıqları, lakin sonradan aşınmaya məruz qalan medallar yeniləri ilə əvəz olunub. Qaşım Maqomedova gümüş, Həsrət Cəfərova isə bürünc medal rəsmi şəkildə təqdim edilib.

Qeyd edək ki, “Paris-2024”də medal qazanan yeddi Azərbaycan idmançısından beşinin mükafatında keyfiyyət dəyişikliyi müşahidə olunub. Yalnız Hidayət Heydərov və Maqomedxan Maqomedov istisna olmaqla, digər idmançıların medalları yenilənib.

Belə ki, Zelim Kotsoyev (qızıl), Qaşım Maqomedov və Alfonso Dominqes (gümüş), eləcə də Həsrət Cəfərov və Giorgi Meşvildişvili (bürünc) medallarının keyfiyyətində problemlər qeydə alınıb.







Offside