- Offside
- 23:12 09.04.2026
Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) iclasında komanda idman növlərinə nəzarətin gücləndirilməsi ilə bağlı mühüm qərar qəbul olunub.
90deqiqe.Az-ın məlumatına görə, belə ki, bu istiqamətdə fəaliyyətin daha səmərəli təşkili məqsədilə Ekspertlər Şurasının yaradılması nəzərdə tutulur.
İclasda həmçinin Atlanta-1996 Yay Olimpiya Oyunlarının 30 illik yubileyinin təntənəli şəkildə qeyd olunması məsələsi müzakirə edilib.
Bundan əlavə, gündəlikdə yer alan digər cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.