10 aprel 2026. Cümə

"İrji Proxazka döyüş təklifindən əvvəl “meşədə düşünür”


  • Offside
  • 23:12 09.04.2026
  • Oxunma sayı: 56
"İrji Proxazka döyüş təklifindən əvvəl “meşədə düşünür”

UFC prezidenti Dana Uayt təşkilat rəhbərliyi ilə yarımağır çəki üzrə sabiq çempion, çexiyalı döyüşçü İrji Proxazka arasında aparılan danışıqlardan danışıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə funksioner "Edin Rosa" kanalına müsahibəsində bildirib.

“Biz Proxazkaya döyüş təklif etmək üçün zəng edəndə, o, meşəyə gedir, orada hansısa ruhlarla danışır, sonra isə bir neçə gün keçəndən sonra qayıdıb cavab verir”

Proxazkanın peşəkar karyerasında 32 qələbə var ki, bunların 31-i vaxtından əvvəl qazanılıb. O, həmçinin 5 məğlubiyyət alıb və bir döyüşü heç-heçə ilə başa çatıb.

Şimali Amerika təşkilatında Proxazka debütünü UFC 251 turnirində edib. Hazırda çexiyalı döyüşçü ardıcıl iki qələbə seriyasındadır.







Offside