10 aprel 2026. Cümə

“Avropa və dünya çempionatında uğur qazanmaq istəyirik”


  • Offside
  • 17:37 09.04.2026
  • Oxunma sayı: 44
“Avropa və dünya çempionatında uğur qazanmaq istəyirik”

Azərbaycan cüdo millisi Gürcüstanda keçiriləcək Avropa çempionatına ciddi hazırlaşır.

90deqiqe.Az xəbər verir ki, bunu kişi cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman jurnalistlərə açıqlamasında bildirib. Almaniyalı mütəxəssis Tbilisi şəhərində keçiriləcək qitə birinciliyi ilə bağlı fikirlərini bölüşüb:

"Yarışa az qalıb. Komandanın hazırlığı istədiyimiz səviyyədədir. Gürcüstanda da yaxşı təlim-məşq toplanışı keçmişdik. Əlbəyaxa döyüş növləri olduğu üçün burada zədələr qaçınılmazdır. Təəssüf ki, 66 kq çəki dərəcəsində Ruslan Paşayev zədəyə görə Avropa çempionatından kənarda qalacaq", – deyə Trautman bildirib.

Baş məşqçi həmçinin komandalarının yüksək nəticələrə fokuslandığını vurğulayıb:

"Təbii ki, Avropa çempionatında uğur qazanmaq istəyirik. Bununla belə, dünya çempionatına da fokuslanmışıq. Mundialda da yaxşı nəticələr qazanacağımıza inanıram. Cüdoda əvvəlcədən proqnoz vermək çətindir. Ötən il Avropa çempionatında 5 medal qazanmışdıq. Bu dəfə bu rəqəmin daha böyük olacağına inanıram".

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 16–19 aprel tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçiriləcək. Qitə birinciliyində 46 ölkədən 409 cüdoçu 14 dəst medal uğrunda mübarizə aparacaq.







Offside