25 may 2026. Bazar ertəsi

Azərbaycan futzal millisi Gürcüstana uduzub


  • Offside
  • 19:49 09.04.2026
  • Oxunma sayı: 182
Azərbaycan futzal millisi Gürcüstana uduzub

Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq görüşündə Gürcüstan komandası ilə qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu millimiz Tbilisidəki İdman Sarayında keçirilən oyunda 2:4 hesabı ilə məğlub olub.

Azərbaycanın qollarını Nihad İsmayılov (22-ci dəqiqə) və Kənan Manafov (38-ci dəqiqə) vurub.

Qeyd edək ki, Azərbaycan millisinin Gürcüstanla növbəti görüşü 11 aprel tarixində eyni məkanda keçiriləcək. Komanda ayın 13-ü və 15-də isə Qazaxıstan yığması ilə yoldaşlıq matçları oynayacaq.







Offside