10 aprel 2026. Cümə

U-17 cüdoçuların Liqa yarışının I turu apreldə keçiriləcək


  • Offside
  • 20:55 09.04.2026
  • Oxunma sayı: 35
U-17 cüdoçuların Liqa yarışının I turu apreldə keçiriləcək

Aprelin 15-dən 17-dək cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının I turu keçiriləcək.

90deqiqe.Az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə 100 klub və idman cəmiyyətindən olan 799 idmançı (651 oğlan, 148 qız) ümumilikdə 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, cari ildə U-17 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasına önəmli rol oynayacaq.







Offside