10 aprel 2026. Cümə

Konkurçular Novxanıda “Bahar” Kubokunda üç fərqli kateqoriyada üzrə yarışacaqlar -


  • Offside
  • 13:17 10.04.2026
  • Oxunma sayı: 12
Konkurçular Novxanıda “Bahar” Kubokunda üç fərqli kateqoriyada üzrə yarışacaqlar  -

Konkur üzrə “Bahar” Kuboku turniri keçiriləcək.

Azərbaycan Atçılıq Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, Novxanı qəsəbəsindəki “Sərhədçi” Atçılıq Mərkəzində təşkil olunacaq yarışda qələbə uğrunda “Omar”, “Sərhədçi”, “Murad” və “Elite” klubları, həmçinin Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edən 20-dən artıq iştirakçı mübarizə aparacaq.

İdmançılar 3 kateqoriyada - hündürlüyü 90 (A kateqoriyası), 115 (L kateqoriyası) və 125 santimetr (M kateqoriyası) olan maneələrin dəf olunmasında yarışacaqlar. Turnirin yekununa görə, hər nominasiyada ilk 5 yeri tutacaq iştirakçılara mükafatlar təqdim olunacaq.

Kubok aprelin 14-15-də keçiriləcək.







Offside