10 aprel 2026. Cümə

Tanınmış mütəxəssis Mirça Luçesku vətənində dəfn olundu


  • Offside
  • 16:36 10.04.2026
  • Oxunma sayı: 14
Tanınmış mütəxəssis Mirça Luçesku vətənində dəfn olundu

80 yaşında vəfat edən məşhur rumıniyalı mütəxəssis, futbol dünyasının əfsanəvi məşqçisi Mirça Luçesku vətənində dəfn edilib.

90deqiqe.Az xəbər verir ki, onun vida mərasimi Rumıniyanın paytaxtı Buxarestdəki Aziz Eleftherios kilsəsində təşkil olunub. Sonra Luçeskunun nəşi Bellu qəbiristanlığında torpağa tapşırılıb.

Mirça Luçesku karyerası boyunca bir çox tanınmış klublarda çalışıb. O, Türkiyənin "Qalatasaray" və "Beşiktaş" klublarını, həmçinin Ukraynanın "Şaxtyor" Donetskini idarə edib. Bundan əlavə, Luçesku həm Türkiyə, həm də Rumıniya milli komandalarının baş məşqçisi olub.

Rəhbərlik etdiyi komandalarla sayısız ölkə çempionluqları və beynəlxalq uğurlar əldə edən Luçesku, futbol tarixində iz qoyan məşqçilərdən biri olaraq yadda qaldı.







Offside