- Offside
- 22:50 10.04.2026
Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Bakıda "Grand Prix" beynəlxalq turnirinin rəsmi açılış mərasimi keçirilib.
90deqiqe.Az xəbər verir ki, tədbir Sərhədçi İdman Mərkəzində baş tutub.
Açılışda Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardınca Ulu Öndərin və ölkənin ərazi bütövlüyü uğrunda həyatını itirən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev turnirin əhəmiyyətindən danışaraq bildirib ki, bu cür beynəlxalq yarışlar idmanın inkişafına və idmançılar arasında təcrübə mübadiləsinin genişlənməsinə töhfə verir.
Mərasimdə həmçinin Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe çıxış edərək iştirakçılara uğurlar arzulayıb. Çıxışlardan sonra qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Daha sonra final qarşılaşmalarına start verilib və qaliblərin mükafatlandırılması mərhələli şəkildə həyata keçirilib.
Qeyd edək ki, turnir müxtəlif yaş və çəki dərəcələri üzrə qarşılaşmalarla davam edir. Turnirə 6 ölkəni təmsil edən 700-ə yaxın idmançı qatılıb.