27 may 2026. Çərşənbə

“DH Volley” gərgin mübarizədən sonra finalda


  • Offside
  • 21:29 11.04.2026
  • Oxunma sayı: 235
“DH Volley” gərgin mübarizədən sonra finalda

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin cavab oyunları başlayıb.

90deqiqe.Az xəbər verir ki, ilk qarşılaşmada “DH Volley” “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gəlib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüş 3:2 hesabı ilə “Milli Aviasiya Akademiyası”nın xeyrinə başa çatıb.

Lakin ilk oyunda 3:0 hesablı qələbə qazanan “DH Volley” ümumi nəticədə üstün olduğu üçün “qızıl set”də 15:12 hesabı ilə qalib gələrək finala yüksəlib.

Yarımfinalın digər oyununda “Turan” və “Gəncə” komandaları 13 apreldə qarşılaşacaq.

Qeyd edək ki, reqlamentə əsasən yarımfinal mərhələsi ev-səfər prinsipi ilə iki oyundan ibarətdir. Bərabərlik olarsa, qalib “qızıl set”lə müəyyən edilir. Bürünc və qızıl medal oyunları isə bir görüşdən ibarət olacaq.







Offside