- Offside
- 15:55 12.04.2026
Azərbaycanın "Sabah" basketbol klubunun U-18 komandası Basketbol üzrə Çempionlar Liqası çərçivəsində son oyununu qələbə ilə başa vurub.
90deqiqe.Az xəbər verir ki, 7-8-ci yerlər uğrunda keçirilən qarşılaşmada Bakı təmsilçisi Türkiyənin "Tofaş" komandası ilə üz-üzə gəlib.
Görüş Azərbaycan klubunun inamlı üstünlüyü ilə keçib və 86:60 hesablı qələbə ilə yekunlaşıb.
Buna qədər “Sabah” U-18 kollektivi 5-8-ci yerlər uğrunda oyunda Serbiyanın Borats klubuna 60:67 hesabı ilə uduzmuşdu.
Komanda qrup mərhələsində isə Almaniyanın Porşe BBA Lyudviqsburq üzərində 72:61 hesablı qələbə qazanıb, Bosniya və Herseqovina təmsilçisi İqokeaya isə 58:88 hesabı ilə məğlub olmuşdu.