12 aprel 2026. Bazar günü

Azərbaycanın futzal millisinin Qazaxıstanla oyunlar üçün heyəti məlum olub


  • Offside
  • 15:00 12.04.2026
  • Oxunma sayı: 38
Azərbaycanın futzal millisinin Qazaxıstanla oyunlar üçün heyəti məlum olub

Aprelin 13-ü və 15-də Aktau şəhərində Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycanın futzal millisi bu gün gecə saatlarında səfərə çıxacaq.

Azərbaycan Futzal Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, baş məşqçi Yevgeni Kukseviç matçlara 2-si qapıçı olmaqla ümumilikdə 16 oyunçu aparacaq.

Tbilisi səfərindən sonra əvvəlcədən razılaşdırıldığı kimi, ailə vəziyyəti ilə əlaqədar qapıçı Rövşən Hüseynli Cavad Məmmədovla əvəzlənib.

Qapıçılar: Emin Kürdov ("Araz-Naxçıvan"), Cavad Məmmədov ("Baku Fire")

Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev (hamısı "Neftçi" İK), Tofiq Mikayılov, Oqtay Rüstəmli, Eldar Zeynalov, Novruz Kazıxanov, Murad Quluzadə, Kənan Manafov, Fərid Abbasov (hamısı "Baku Fire"), Pünhan Qasımzadə (U-19), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi "Araz-Naxçıvan"), Qüdrət Qasımzadə ("Şuşa")

Qeyd edək ki, Qazaxıstan millisi ilə görüş aprelin 13-də və 15-də Aktau şəhərindəki "BS Arena"da keçiriləcək.







Offside