12 aprel 2026. Bazar günü

Kros qaçışında ölkə çempionları bəlli olub


  • Offside
  • 15:55 12.04.2026
  • Oxunma sayı: 28
Kros qaçışında ölkə çempionları bəlli olub

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə kros qaçışı üzrə yaz ölkə çempionatı keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, turnirdə paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Bərdə, Gədəbəy, İsmayıllı, Astara, Şəmkir və Xızıdan olan 80-dən artıq atlet mübarizə aparıb.

Kişilər arasında 10 km məsafəyə qaçışda Bərdə idmançısı Bəxtiyar Əsgərli ölkə çempionu adını qazanıb. 6 km məsafədə Gəncə təmsilçisi Sənan Bayramov, 3 və 2 km-də isə müvafiq olaraq Nihat Qəfərov və Royal Miraczadə qalib olublar.

Qadınlar arasında 6 km məsafəyə qaçışda Anna Yusupova növbəti dəfə ölkə çempionu olub. 4 km-də Elina Yusupova, 2 km-də Nila Heydərova, 1 km-də isə Mədinə Qocayeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.







Offside