- Offside
- 19:01 12.04.2026
Bu gün Montekarloda keçirilən “Masters” seriyalı torpaq kort turnirinin finalı baş tutub.
90deqiqe.Az-ın məlumatına görə, Dördqat “Böyük dəbilqə” qalibi, dünya reytinqində ikinci olan İtaliya tennisçisi Yannik Sinner ilə yeddiqat “Böyük dəbilqə” çempionu, dünya birincisi İspaniya təmsilçisi Karlos Alkaras finalda üz-üzə gəlib.
Gərgin keçən ilk set tay-breykə qədər uzanıb və 7:5 hesabı ilə Sinnerin qələbəsi ilə yekunlaşıb. Beləliklə, ilk set 7:6 hesabı ilə italiyalı tennisçinin xeyrinə başa çatıb.
Qeyd edək ki, Alkaras və Sinner arasında keçirilən qarşılaşmalarda ümumi hesab 10:6 İspaniya təmsilçisinin xeyrinədir.
2025-ci il mövsümündə tennisçilər altı finalda qarşılaşıblar. Sinner ATP Final turnirində və Uimbldonda qalib gəlib, Alkaras isə ABŞ Açıq, “Roland Qarros”, Sinsinnati və Romada üstün olub.
Montekarlodakı turnir 5–12 aprel tarixlərində keçirilir. Karlos Alkaras yarışın hazırkı qalibidir.