- Offside
- 22:43 12.04.2026
Dünya reytinqində ikinci pillədə qərarlaşan italiyalı tennisçi Yannik Sinner Montekarloda keçirilən “Masters” turnirinin qalibi olub.
90deqiqe.Az-ın məlumatına görə, final görüşündə o, dünya birincisi ispaniyalı Karlos Alkarası 7:6 (7:5), 6:3 hesabı ilə məğlub edib. Qarşılaşma 2 saat 14 dəqiqə davam edib.
Matç ərzində Alkaras üç dəfə birbaşa xal gətirən ötürmə edib, beş ikili səhvə yol verib və beş breyk imkanından ikisini dəyərləndirib. Sinner isə birbaşa xal gətirən ötürmə etməsə də, iki ikili səhv edib və 11 breyk imkanından üçünü uğurla tamamlayıb.
Bu qələbədən sonra Yannik Sinner dünya reytinqində birinci pilləyə yüksələcək. O, həmçinin ardıcıl üçüncü turnirini qazanıb. Bundan əvvəl italiyalı tennisçi İndian-Uells və Mayami yarışlarında da qalib olmuşdu.