12 aprel 2026. Bazar günü

Yannik Sinner yenidən dünya reytinqinin zirvəsində


  • Offside
  • 21:13 12.04.2026
  • Oxunma sayı: 51
Yannik Sinner yenidən dünya reytinqinin zirvəsində

24 yaşlı italiyalı tennisçi Yannik Sinner yenidən Peşəkar Tennisçilər Assosiasiyasının reytinqində birinci pilləyə yüksələcək.

90deqiqe.Az-ın məlumatına görə, o, bu gün Montekarloda keçirilən “Masters” turnirinin qalibi olub. Finalda ispaniyalı Karlos Alkarası 7:6 (7:5), 6:3 hesabı ilə məğlub edib.

Bu qələbədən sonra Sinner rəsmi olaraq Alkarası reytinqdə geridə qoyacaq. Onun aktivində 13 400 xal olduğu halda, ispan tennisçinin hesabında 13 240 xal var.

Qeyd edək ki, Yannik Sinner Monakoda ardıcıl üçüncü turnirini qazanıb. O, bundan əvvəl İndian-Uells və Mayamidə keçirilən yarışların da qalibi olub.

Bundan başqa, italiyalı tennisçi karyerasında ikinci dəfə torpaq örtüklü kortda titul qazanıb. O, daha əvvəl 2022-ci ildə Umaq turnirində də birinci olmuşdu.







Offside