12 aprel 2026. Bazar günü

Azərbaycanlı stolüstü tennisçi dünya rekordunu yenilədi


  • Offside
  • 22:18 12.04.2026
  • Oxunma sayı: 33
Azərbaycanlı stolüstü tennisçi dünya rekordunu yenilədi

Azərbaycan stolüstü tennisçisi Nihad Məmmədov dünya rekordunu yeniləməyə nail olub.

90deqiqe.Az-ın məlumatına görə, o, “Şüa İdman Kompleksi”ndə keçirilən tədbirdə topu uzaq məsafədən oyuna daxil etmə üzrə dünya rekordunu qırmağa cəhd edib. Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Stolüstü Tennis Federasiyası və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti altında idmançı 17 metr məsafədən uğurlu zərbə yerinə yetirib.

Məmmədovun göstəricisi Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən müvafiq beynəlxalq quruma göndərilib. Rekordun təsdiqi ilə bağlı rəsmi cavabın 4–8 həftə ərzində verilməsi gözlənilir.

Qeyd edək ki, əvvəlki rekord 16.70 metr göstərici ilə Türkiyə təmsilçisi Osman Gürcüyə məxsus idi.







Offside