13 aprel 2026. Bazar ertəsi

İdman dırmanması üzrə ölkə birinciliyi keçirilib


  • Offside
  • 22:43 12.04.2026
  • Oxunma sayı: 66
İdman dırmanması üzrə ölkə birinciliyi keçirilib

 “Climb Baku” İdman Dırmanma Mərkəzində idman dırmanmasının çətinlik növü üzrə iki yaş kateqoriyası üzrə ölkə birinciliyi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, yarış 2010–2012-ci il təvəllüdlü yeniyetmə və gənclər, eləcə də 2013–2015-ci il təvəllüdlü kiçiklər arasında təşkil olunub. Ümumilikdə yarışda 33 idmançı iştirak edib.

Yarış çərçivəsində iştirakçılar təsnifat və final mərhələlərində mübarizə aparıblar.

2010–2012-ci il təvəllüdlü yeniyetmə və gənclər (22 iştirakçı):

Qadınlar arasında:

1-ci yer — Aliyə İbrahimbəyova

2-ci yer — Həvva Yambulatova

3-cü yer — Sofya Boriskina

Kişilər arasında:

1-ci yer — Rəsul Nəsir

2-ci yer — Fərhad Babayev

3-cü yer — Murad İbrahimli

2013–2015-ci il təvəllüdlü kiçiklər (11 iştirakçı):

Qadınlar arasında:

1-ci yer — Fərəhnaz Rəşid

2-ci yer — Eva Burlova

3-cü yer — Roza Dubentsova

Kişilər arasında:

1-ci yer — Vladimir Qolovnya

Yarış Azərbaycan Alpinizm Federasiyası tərəfindən təşkil olunub, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənib.

Final mərhələsinin sonunda qaliblər medal, diplom və müvafiq mükafatlarla təltif olunublar.

 







Offside