13 aprel 2026. Bazar ertəsi

Azərbaycanın akrobatika gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar


  • Offside
  • 17:57 13.04.2026
  • Oxunma sayı: 35
Azərbaycanın akrobatika gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar

Belçikanın Puurs şəhərində keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan idmançıları böyük uğura imza atıblar.

90deqiqe.Az-ın məlumatına görə, qadınlardan ibarət qrup – Anahita Bəşiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidova – yüksək performans nümayiş etdirərək bütün rəqiblərini geridə qoyub və qızıl medal qazanıblar.

Digər tərəfdən, Slovakiyanın paytaxtı Bratislava şəhərində aerobika gimnastikası üzrə keçirilən beynəlxalq turnirdə də Azərbaycan təmsilçiləri uğurla çıxış ediblər.

Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyeva bürünc medal qazanaraq ölkəmizin idman nailiyyətlərinə daha bir töhfə veriblər.







Offside