13 aprel 2026. Bazar ertəsi

Azərbaycan güləşçiləri Antalyada “Zəfər Kuboku”nda dörd medal qazanıblar


  • Offside
  • 18:08 13.04.2026
  • Oxunma sayı: 47
Azərbaycan güləşçiləri Antalyada “Zəfər Kuboku”nda dörd medal qazanıblar

Azərbaycan güləşçiləri Türkiyənin Antalya şəhərində keçirilən “Zəfər Kuboku”nda uğurlu çıxışa start veriblər.

90deqiqe.Az-ın məlumatına görə, yarışın ilk günündə millimiz ümumilikdə dörd medal qazanaraq diqqət çəkib.

U-17 yaş kateqoriyasında sərbəst güləş üzrə İbrahim Həsənov (51 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib çıxıb. Yunan-Roma güləşində isə Əli Məmmədov (71 kq) inamlı çıxışı ilə çempion olub.

Eyni növdə 51 kq çəki dərəcəsində Hüseyn Mustafazadə gümüş, İlkin Qurbanov isə bürünc medal qazanaraq komandanın uğuruna töhfə veriblər.







Offside