13 aprel 2026. Bazar ertəsi

Qadın voleybol liqasında ikinci finalçı müəyyənləşdi


  • Offside
  • 19:58 13.04.2026
  • Oxunma sayı: 27
Qadın voleybol liqasında ikinci finalçı müəyyənləşdi

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ikinci finalçının adına aydınlıq gəlib.

90deqiqe.Az-ın məlumatına görə, yarımfinal mərhələsində "Turan" ilə "Gəncə" komandaları üz-üzə gəlib.

Turan Tovuz Olimpiya İdman Kompleksində keçirilən görüşdə rəqibini 3:0 (25:18, 25:18, 25:18) hesabı ilə məğlub edərək finala yüksəlib.

Qeyd edək ki, Tovuz təmsilçisi ilk oyunda da eyni hesabla qalib gəlmişdi.

Beləliklə, "Turan" finalda "DH Volley" ilə qarşılaşacaq. "Gəncə" isə üçüncü yer uğrunda oyunda "Milli Aviasiya Akademiyası" komandası ilə üz-üzə gələcək.







Offside