5 dekabr 2025. Cümə

Millimiz Qətərə 4 güləşçi ilə yollanır


  • Offside
  • 20:23 30.09.2019
  • Oxunma sayı: 543
Millimiz Qətərə 4 güləşçi ilə yollanır
Oktyabrın 14-15-də Qətərin paytaxtı Dohada ilk Dünya Çimərlik Oyunları çərçivəsində çimərlik güləşi üzrə yarış keçiriləcək.

Corner.az xəbər verir ki, oyunlarda ölkəmizi Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edəcək. 
 
Güləşçilərimiz sınaqçı rəqiblərlə birgə məşqçi Nazim Əlicanovun rəhbərliyi altında çimərlik oyunları arenasında məşqləri davam etdirir.






Offside