- Offside
- 21:22 13.04.2026
Futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq görüşünü keçirib.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan milli futzal komandası Qazaxıstan yığması ilə qarşılaşıb.
Baş məşqçi Yevgeni Kukseviç tərəfindən rəhbərlik edilən komanda Aktaudakı “BS Arena”da keçirilən oyunda rəqibinə 9:2 hesabı ilə məğlub olub. Komandalar arasında növbəti görüş aprelin 15-də eyni məkanda baş tutacaq.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Gürcüstan seçməsi ilə keçirdiyi yoldaşlıq oyunlarında da 4:2 və 5:2 hesablı məğlubiyyətlərlə üzləşib.