- Offside
- 22:48 14.04.2026
Türkiyənin Antalya şəhərində güləş üzrə "Zəfər Kuboku" davam edir.
90deqiqe.Az xəbər verir ki, U-17 yaş qrupu üzrə keçirilən ənənəvi turnirin ikinci günündə Azərbaycanın 6 güləşçisi fəxri kürsüyə yüksəlib.
Sərbəst güləşdə Hüseyn Rzazadə (48 kiloqram) gümüş, Abbas Şəfiyev (55 kiloqram) və Elgün Kərimli (92 kiloqram) bürünc medal qazanıb.
Yunan-Roma güləşində isə Ömər Salmanovla (48 kiloqram) Qurban Məcnunov (55 kiloqram) bütün görüşlərini qələbə ilə başa vuraraq, qızıl medalın sahibi olublar. Yusif Mirzəyev (48 kiloqram) isə 2-ci yeri tutub.
Qeyd edək ki, Azərbaycan güləşçiləri yarışın ilk günündə 4 medal qazanmışdılar.